Qeydiyyat formu

Qeydiyyat Formunu doldurun . Erkən qeydiyyat


  • info@eye.gov.az

"Müasir oftalmologiyanın son nailiyyətləri və aktual problemləri"

GƏNC OFTALMOLOQLARIN XII ELMİ-PRAKTİKİ KONFRANSI,
Naxçıvan 2018 30 Noyabr

Azərbaycan Oftalmoloqlar Cəmiyyəti Sədrindən məktub

Hörmətli həmkarlar!

Bildiyiniz kimi son illərdə Azərbaycanda tibbin oftalmologiya sahəsi elmi və texnoloji cəhətdən çox sürətlə inkişaf edir. Azərbaycan Oftalmoloqlar Cəmiyyəti hər il təşkil etdiyi çoxsaylı konfranslarla Azərbaycan oftalmologiyasının elmi inkişafını, əldə etdikləri nailiyyətləri və yenilikləri göstərir. Konfransların təşkilində məqsəd oftalmologiya sahəsində baş verən yenilikləri, nailiyyətləri araşdırmaq, təkliflər vermək, region oftalmoloqlarının konfranslarda iştirakını təmin edərək onların bu yeniliklərdən xəbərdar olmasına və istifadə etməsinə dəstək olmaqdır.

Bu il “Gənc Oftalmoloqların XII Beynəlxalq Konfransı” Azərbaycanın cənnət güşəsi olan, Nuhun yurdu, qədim Naxçıvan Muxtar Respublikasında 30 noyabr 2018-ci il tarixində keçiriləcəkdir.

Dəyərli həmkarlar, konfransa qatılaraq siz burada öz bacarığınızı, təcrübənizi, yeni nailiyyətlərinizi, apardığınız tədqiqatların nəticələrini  bölüşə, video sessiyalarınızı təqdim edə bilərsiniz. Konfransda Sizlər yerli və xarici gənc oftalmoloqların çıxışlarını dinləyərək yeni biliklərə yiyələnmək və  öz dəyərli fikirlərinizi və təcrübənizi bölüşmək şansı əldə edəcəksiniz.

Azərbaycan Oftalmoloqları Cəmiyyəti adından hər birinizi konfransda iştirak etməyə dəvət edirik.


Hörmətlə,

Azərbaycan oftalmoloqlar Cəmiyyətinin Sədri,

tibb üzrə elmlər doktoru, professor

Qasımov E.M.