Qeydiyyat formu

Qeydiyyat Formunu doldurun . Erkən qeydiyyat


  • info@eye.gov.az

"Müasir oftalmologiyanın son nailiyyətləri və aktual problemləri"

GƏNC OFTALMOLOQLARIN XII ELMİ-PRAKTİKİ KONFRANSI,
Naxçıvan 2018 30 Noyabr

Konfrans haqqında məlumat

2006-cı ildən başlayaraq ənənəvi olaraq hər ilin noyabr ayının axırıncı həftəsi keçirilən “Gənc Oftalmoloqların Konfransı” bu il Naxçıvan şəhərində təşkil olunub.

Digər illərdən fərqli olaraq bu il təşkil olunan konfrans beynəlxalq əhəmiyyətli olub, yerli və xarici öz sahəsinin peşakarı olan gənc oftalmoloqların iştirakı ilə keçiriləcək.

Konfransın məqsədi gənc oftalmoloqların bilik və bacarıqlarını Sizlərə nümayiş etdirmək, Oftalmologiya sahəsində əldə olunan son nailiyyətləri müzakirə etmək və öz sahələrində mütəxəssis olan oftalmoloqların təcrübələrindən yararlanmaqdan ibarətdir.

Əziz və hörmətli Oftalmoloqlar, Sizləri 30 noyabr 2018-ci il tarixində Azərbaycanın ən qədim və gözəl guşəsi olan Nuhun yurdu Naxçıvan şəhərində keçiriləcək olan “Gənc Oftalmoloqların XII Beynəlxalq Elmi-Praktiki Konfransı”na dəvət edirik.

Konfransda iştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir.

Siz konfransa qeydiyyatdan keçməklə tək konfransın elmi hissəsindən yararlanmayıb, Naxçıvan şəhərinin gəzməli-görməli yerlərinə təşkil olunacaq turlarda da iştirak edəcəksiniz.

 

Hörmətlə, konfrans komitəsi