Qeydiyyat formu

Qeydiyyat Formunu doldurun . Erkən qeydiyyat


  • info@eye.gov.az

"Müasir oftalmologiyanın son nailiyyətləri və aktual problemləri"

GƏNC OFTALMOLOQLARIN XII ELMİ-PRAKTİKİ KONFRANSI,
Naxçıvan 2018 30 Noyabr

Çıxış üçün müraciət

Hörmətli gənc Oftalmoloqlar,

Siz 30 noyabr 2018-ci il tarixində Naxçıvan şəhırində keçirilən “Gənc Oftalmoloqların XII Konfransında çıxış etmək istəyirsinizsə öz məqalələrinizi 15 sentyabr 2018-ci il tarixinə qədər

info@eye.gov.az

dr.aghayeva@gmail.com

dr_mirishova@yahoo.com

maillərinə göndərməyiniz xahiş olunur.

Konfransın materialları məqalə şəklində “Oftalmologiya”jurnalında çap olunacaq.

“Oftalmologiya”jurnalında çap olunacaq məqalələrin tərtibatı üçün əsas tələblər:

Azərbaycan AAK-nın tövsiyyə etdiyi resenziyalı elmi jurnallar siyahısına daxil olan  “Oftalmologiya” jurnalında məqalənin tərtibatına olan tələblər aşağıda qeyd edilən sаytda göstərilmişdir: www.oftalmologiya.az:

1. Dərc edilməsi üçün təqdim edilən iş A4 formatında olan kağızda, şrift ölçüsü – 12, aralıq – 1, səhifə parametrləri: yuxarı və aşağı – 2 sm, sola – 3 sm, sağa 1 sm olmaqla Times New Roman şrifti ilə çap edilərək təqdim edilməlidir;

2. Müəlliflərin soyadı və ad, ata adının baş hərfləri (müəəliflərin sayı 5 nəfərdən çox olmayaraq);

3. Elmi məqalənin həcmi 8 səhifədən çox olmayaraq;

а) məqalənin başlığı böyük hərflərlə;

b) işin yerinə yetirildiyi təşkilatın, şəhərin, ölkənin adları;

c) müəlliflərdən birinin elektron ünvanı. İş standart plan üzrə təqdim edilməlidir: giriş, işin məqsədi, materialları və metodları, nəticələri və onların müzakirəsi, rəy, istifadə edilən ədəbiyyatın siyahısı, rus və ingilis dillərində xülasə.

Məqaləyə olan tələblər tam olaraq institutun saytında göstərilmişdir. Müəlliflər əlaqə saxlanılması üçün koordinatlarını göstərməlidirlər: əlaqə nömrəsi, faks və ya e-mail ünvan. İş təşkilatın rəhbəri tərəfindən təsdiqlənmiş olmalıdır.